İstirahət günlərində səyahətə çıxan insanlar üçün


Digərləri 14 İyn 2018 18:29:38 282 0

İstirahət günlərində səyahətə çıxan insanlar üçün

İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Son.az-a verilən məlumata görə, iyunun 15-i gündüz Kiçik Qafqazın bəzi yerlərində yağış yağacağı ehtimalı var.

İyunun 16-sı səhər və gündüz əsasən yağmursuz keçəcəyi, axşama doğru isə yağış yağacağı gözlənilir.

İyunun 17-si gündüzdən artıq əksər rayonlarda hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, bəzi dağ çaylarından qısa müddətli daşqın keçəcəyi ehtimalı var. Havanın temperaturu iyunun 15-16-da dağətəyi rayonlarda 25-30 dərəcə, dağlıq rayonlarda isə 15-20 dərəcə isti təşkil edəcək, sonrakı günlərdə temperatur tədricən 3-5 dərəcə aşağı enəcək.

Lənkəran-Astarada iyunun 15-16-da əsasən yağmursuz hava, iyunun 17-si günün ikinci yarısından 19-u gündüzədək bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Havanın maksimal temperaturu 26-31 dərəcə isti təşkil edəcək.