Türkiyənin müdafiə naziri: "ABŞın hərəkəti təhlükəli və şübhəlidir"


Dünya 14 İyn 2018 17:52:00 300 0

Türkiyənin müdafiə naziri: "ABŞın hərəkəti təhlükəli və şübhəlidir"

ABŞ-ın Türkiyəyə F-35 qırıcılarını satmaqdan imtina etmək niyyəti təhlükəli və şübhəlidir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Nurəddin Canikli bəyan edib.

Nazir bildirib ki, prinsipcə Birləşmiş Ştatların Türkiyəyə F-35 qırıcılarını verməkdən imtina etmək haqqı yoxdur, çünki Türkiyə NATO-nun üzvüdür:

"100 ədəd F-35 qırıcısı almaq üçün Türkiyə 11 milyard dollar xərcləyəcək. İndiyədək biz 800 milyon dollardan çox vəsait xərcləmişik".