Türkiyənin müdafiə naziri: ABŞ-ın hərəkəti təhlükəli və şübhəlidir


Digərləri 14 İyn 2018 17:33:29 280 0

Türkiyənin müdafiə naziri: ABŞ-ın hərəkəti təhlükəli və şübhəlidir

ABŞ-ın Türkiyəyə F-35 qırıcılarını satmaqdan imtina etmək niyyəti təhlükəli və şübhəlidir.

Bakı. Rufiz Hafizoğlu - ABŞ-ın Türkiyəyə F-35 qırıcılarını satmaqdan imtina etmək niyyəti təhlükəli və şübhəlidir. Trend-in məlumatına görə, bunu Türkiyənin milli müdafiə naziri Nurəddin Canikli bəyan edib. Nazir bildirib ki, prinsipcə Birləşmiş Ştatların Türkiyəyə F-35 qırıcılarını verməkdən imtina etmək haqqı yoxdur, çünki Türkiyə NATO-nun üzvüdür: "100 ədəd F-35 qırıcısı almaq üçün Türkiyə 11 milyard dollar xərcləyəcək. İndiyədək biz 800 milyon dollardan çox vəsait xərcləmişik".