Nazirlik: TANAPın işə düşməsi Monteneqronun qazlaşdırılmasına doğru bir addımdır


Digərləri 14 İyn 2018 16:46:00 246 0

Nazirlik: TANAPın işə düşməsi Monteneqronun qazlaşdırılmasına doğru bir addımdır

"Cənub Qaz Dəhlizi" layihəsinin bir hissəsi olan Transanadolu qaz kəmərinin (TANAP) işə düşməsi Monteneqronun qazlaşdırılmasına doğru bir addımdır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin İqtisadiyyat Nazirliyinin bəyanatında deyilir:

"TANAP-ın işə düşməsi Monteneqronun qazlaşdırılmasını yaxınlaşdıran addımdır. Nəzərə almaq lazımdır ki, ölkə "Cənub Qaz Dəhlizi"nə İoniya-Adriatik boru kəməri (IAP) vasitəsilə qoşulacaq. Bu layihə də Monteneqro üçün qaz bazarlarına çıxış imkanı yaradır".