Magistraturaya qəbul olmaq istəyənlər! Müddət uzadıldı


Digərləri 14 İyn 2018 16:12:00 305 0

Magistraturaya qəbul olmaq istəyənlər! Müddət uzadıldı

2018/2019-cu tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olmaq üçün ixtisaslaşma seçimi müddəti uzadılıb.

Bakı. İlhamə İsabalayeva - 2018/2019-cu tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olmaq üçün ixtisaslaşma seçimi müddəti iyunun 20-si saat 10:00-dək uzadılıb. Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, ixtisaslaşmaları seçib hələ təsdiq etməyən, eləcə də müsabiqədə iştirak etmək istəyən, lakin hələ ixtisaslaşma seçimi etməmiş digər bakalavrlara tövsiyə olunur ki, qeyd olunan müddətdə ərizələrini təsdiq etsinlər.