PAŞA Bank-ın Mobil bank əlavəsi istifadəçiləri üçün hədiyyə kampaniyası davam edir


Digərləri 14 İyn 2018 16:07:00 249 0

PAŞA Bank-ın Mobil bank əlavəsi istifadəçiləri üçün hədiyyə kampaniyası davam edir

PAŞA Bank-ın Mobil bank əlavəsi istifadəçiləri üçün 17 may 2018-ci il tarixdən etibarən başlatdığı hədiyyə kampaniyası davam edir.

Bakı. PAŞA Bank-ın Mobil bank əlavəsi istifadəçiləri üçün 17 may 2018-ci il tarixdən etibarən başlatdığı hədiyyə kampaniyası davam edir. Bankdan Trend-ə verilən məlumata görə, mobil əlavənin istifadəçiləri ay ərzində biri parkinq və ya taksi ödənişi olmaqla ən azı 4 fərqli kateqoriya üzrə (mobil, kommunal, stasionar telefon, internet, TV, taksi, parkinq) minimum 1 AZN məbləğində həyata keçirdiyi ödənişlərə görə PoP-Socket və ya PowerBank hədiyyə qazanacaqlar. Bir müştəri yalnız 1 hədiyyəyə sahib ola bilər. Hədiyyələrin sayı məhduddur. Bundan başqa, Mobil bank əlavəsi ilə ay ərzində əməliyyat məbləğinə görə ən çox ödəniş həyata keçirən ilk 10 müştəriyə idman saatı, 11-15-ci yerlərin sahiblərinə isə 50 AZN məbləğində CinemaPlus kinoteatrlarına hədiyyə kuponu təqdim ediləcək.