"Mən həmişə "Qarabağ"a azarkeşlik edirəm"


Digərləri 14 İyn 2018 15:56:00 231 0

"Mən həmişə "Qarabağ"a azarkeşlik edirəm"

Şimal qonşumuz Rusiyada keçiriləcək bir aylıq turnir sabah Rusiya - Səudiyyə Ərəbistanı oyunu ilə start götürəcək. Söhbət Rusiyada keçirilən futbol üzrə Dünya Çempionatından gedir. 32 komandanın mübarizə aparacağı çempionat 8 qrupdan ibarətdir.

14 iyun - 15 iyul tarixləri arasında baş tutacaq matçlara dünyanın hər yerində olduğu kimi Azərbaycanda da maraq böyükdür.

Futbol üzrə Azərbaycan milli komandası heç vaxt Dünya Çempionatında iştirak etməyib. Yerli azarkeşlər dünya miqyaslı futbol yarışlarında adətən qardaş ölkə - Türkiyənin qələbəsini arzulayıblar. Amma bu dəfə Türkiyə yığması mundialda iştirak etmir. Buna baxmayaraq sabah başlayacaq turniri azərbaycanlı azarkeşlər səbirsizliklə gözləyir.

Son.az yeniavaz.com-a istinadən müxtəlif sahələrdə tanınmış şəxslərdən Dünya Çempionatında hansı komandalara azarkeşlik edəcəyini öyrənib:

Aqil Abbas (millət vəkili): "Mən 1963-cü ildən bəri Braziliya yığmasına azarkeşlik etmişəm. Yenə də bu komandanın matçlarını sevgilə izləyəcəm. Təbii ki, Türkiyə iştirak etsəydi başqa cürə olardı. Amma bu çempionatda istəyirəm Almaniya millisi qalib gəlsin. Ona görə ki, Almaniya demək olar ki, türk komandasıdır. Orda Məsud Özil, İlkay Gündoğan var, bu futbolçulara görə, istəyirəm Almaniya çempion olsun. Özil, İlkay və əvəzedicidə olan başqa türk futbolçular dünya çempionu medalını qazansınlar".

Fazil Mustafa (millət vəkili): "Mən özüm də futbolçu olduğuma görə, sistem komandasına üstünlük verirəm. Almaniya yığmasına azarkeşlik edəcəm. Təbii ki, gözəl komandalar var, əyləncəli, maraqlı futbol sərgiləyirlər. Oyunları imkan olduqca izləyəcəm, baxa bilməsəm də, sonra epozodları izləyəcəm".