Bank Respublikadan növbəti xeyriyyə aksiyası! (FOTO)


Digərləri 14 İyn 2018 15:40:17 303 0

Bank Respublikadan növbəti xeyriyyə aksiyası! (FOTO)

Ramazan bayramı ərəfəsində “Bank Respublika”nın kollektivi “Güvən” Xeyriyyə və Dostluq Cəmiyyəti ilə birgə növbəti sosial aksiyasını həyata keçirib.

Bakı. Ramazan ayında yardım göstərmək, bir-birinə dayaq olaraq bayram sevinci yaşadılması vacib əməllərdən sayılır. Bununla əlaqədar olaraq Ramazan bayramı ərəfəsində “Bank Respublika”nın kollektivi “Güvən” Xeyriyyə və Dostluq Cəmiyyəti ilə birgə növbəti sosial aksiyasını həyata keçirib. Bankdan Trend-ə verilən məlumata görə, bu dəfə Bank Sahil qəsəbəsində yerləşən "Müşviq Əlil Uşaqlara Yardım İctimai Birliyi"nin nəzdində olan Bərpa və Sosioloji mərkəzdə müalicə alan uşaqları bayram münasibətilə təbrik edib və bank tərəfindən hazlırlanmış bayram sovqatları təqdim edib. Bankın və “Güvən” Xeyriyyə və Dostluq Cəmiyyətin nümayəndələri görüşə qatılan 40 yaxın ailəni salamlayıb, onları qarşıdan gələn Ramazan bayramı münasibətilə təbrik edib və bərpa mərkəzində müalicə alan övladlarına şəfa diləyib.