Fuad Muradov Gürcüstan Azərbaycanlıları Ağsaqqalar Şurasının üzvləri ilə görüşüb (FOTO)


Digərləri 14 İyn 2018 14:51:00 263 0

Fuad Muradov Gürcüstan Azərbaycanlıları Ağsaqqalar Şurasının üzvləri ilə görüşüb (FOTO)

Gürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bu gün Gürcüstan Azərbaycanlıları Ağsaqqalar Şurasının üzvləri ilə görüşüb.

Bakı. Gürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bu gün Gürcüstan Azərbaycanlıları Ağsaqqalar Şurasının üzvləri ilə görüşüb. Komitədən Trend-ə verilən məlumata görə, görüş Azərbaycanın Gürcüstandakı səfirliyində keçirilib. Çıxışlarda Azərbaycan-Gürcüstan münasibətləri, din, dil, təhsil problemlərinə toxunulub və fikir mübadiləsi aparılıb. Komitə sədri cəmiyyətin əsas fikir daşıyıcıları olan ağsaqqallarla görüşün əhəmiyyətini qeyd edib. Səfir Dursun Həsənov Azərbaycan dövlətinin xarici siyasəti, Gürcüstan-Azərbaycan münasibətləri barədə məlumat verib.