"Azərbaycanda dövlət daktiloskopik və genop qeydiyyatı" haqqında qanun layihəsinin ictimai müzakirəsi keçirilib FOTO


Digərləri 14 İyn 2018 13:58:00 305 0

"Azərbaycanda dövlət daktiloskopik və genop qeydiyyatı" haqqında qanun layihəsinin ictimai müzakirəsi keçirilib  FOTO

Daxili İşlər Nazirliyinin (DİN) Kriminalistik Tədqiqatlar İdarəsində "Azərbaycan Respublikasında dövlət daktiloskopik və genop qeydiyyatı" haqqında qanun layihəsinin ictimai müzakirəsi keçirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, DİN və "İnsan Hüquqları üzrə Monitorinq və Maarifləndirmə Mərkəzi" İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə bildirilib ki, Daxili İşlər Nazirliyində DNT məlumat bankı 2009-cu ildə yaradılıb. Hazırda məlumat bankı şəxslərdən və hadisə yerindən götürülmüş maddi sübutlardan əldə edilmiş DNT profillərini özündə cəmləşdirir.

Məlumat bankında respublikanın hüquq-mühafizə orqanlarına daxil olmuş sorğular əsasında məhkəmə genetik ekspertiza fəaliyyəti həyata keçirilir.


Xəbərə aid fotolar