Məşhur modelyer Selena Qomesi təhqir etdi:


Digərləri 14 İyn 2018 13:04:00 346 0

Məşhur modelyer Selena Qomesi təhqir etdi:

Məşhur italyan modelyer, "Dolce & Gabbana" brendinin banilərindən biri Stefano Qabbana amerikalı aktrisa və model, 25 yaşlı Selena Qomesi təhqir edib.

Son.az bildirir ki, 55 yaşlı modelyer İnstagram-da ən zövqlü geyinmiş məşhurların fotolarının yer aldığı "The Catwalk Italia" akkauntunda Selena Qomesin 5 fotosundan ibarət kollajını paylaşaraq "È proprio brutta!!!" ("O, elə eybəcərdir ki!!!!") yazıb. Sonra isə modelyer "Selena itə, Pomerans şpitsinə bənzəyir" yazıb.

Selena Qomesin fanatları və dostları onu müdafiə ediblər.


Xəbərə aid fotolar