Deputatın mandatının ləğvinin mübahisələndirilməsi qaydası müəyyənləşib


Digərləri 14 İyn 2018 12:45:00 323 0

Deputatın mandatının ləğvinin mübahisələndirilməsi qaydası müəyyənləşib

Azərbaycan Milli Məclisinin deputatının Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən mandatının ləğvinin mübahisələndirilməsinə dair iddia üzrə icraat müəyyənləşdirilib.

Son.az APA-ya istinadən xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti tərəfindən Milli Məclisə İnzibati Prosessual Məcəlləyə yeni VIII-I Fəslinin (Azərbaycan Respublikası Milli Məclisi deputatının mandatdan məhrum edilməsi haqqında Mərkəzi Seçki Komissiyasının qərarının mübahisələndirilməsinə dair iddia üzrə icraat) əlavə edilməsi təklif olunur.

Fəsilə aid 130-1 maddəsində Azərbaycan Respublikası Milli Məclisi deputatının mandatdan məhrum edilməsi haqqında MSK qərarının mübahisələndirilməsinə dair iddia üzrə icraatın xüsusiyyətləri göstərilir:

- Azərbaycan Respublikası Milli Məclisi deputatının mandatdan məhrum edilməsi haqqında MSK qərarının mübahisləndəriilməsinə dair iddia ərizəsi apellyasiya instansiyası məhkəməsinə həmin qərar rəsmi dərc edildiyi gündən 10 gün müddətinə verilir.

- Azərbaycan Respublikası Milli Məclisi deputatının mandatdan məhrum edilməsi haqqında MSK qərarının mübahisləndəriilməsinə dair iddia ərizəsinə məhkəmə tərəfindən 15 gün müddətində baxılmalı və onun mahiyyəti üzrə qərar qəbul edilməlidir.