Cənubi Koreya və KXDR 10 il ərzində ilk dəfə hərbi danışıqlara başlayıb


Dünya 14 İyn 2018 12:14:00 325 0

Cənubi Koreya və KXDR 10 il ərzində ilk dəfə hərbi danışıqlara başlayıb

Koreya Respublikası və Koreya Xalq Demokrtik Respublikası (KXDR) 10 il ərzində generallar səviyyəsində hərbi danışıqlara başlayıb.

Son.az report-a istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya Milli Müdafiə Nazirliyi məlumat yayıb.

"İki dövlət arasında hərbi gərginliyin azaldılması və müdafiə nazirləri səviyyəsində görüş hazırlamaq kimi məsələləri müzakirə etmək planlaşdırılır", - məlumatda deyilir.