Bayram günləri Bakı metrosu xüsusi rejimdə işləyəcək


Digərləri 14 İyn 2018 10:51:00 279 0

Bayram günləri Bakı metrosu xüsusi rejimdə işləyəcək

Bayram günlərində əlavə növbətçiliklərin təşkili və zərurət yarandığı halda, ehtiyat qatarların xəttə buraxılması nəzərdə tutulub.

Bakı. Bayram günləri metropoliten xüsusi rejimdə işləyəcək. "Bakı Metropoliteni" QSC-dən Trend-ə verilən məlumata görə, 15 İyun – Milli Qurtuluş Günü və Ramazan bayramı münasibətilə ölkədə elan edilmiş 5 qeyri-iş günü ərzində, QSC-nin sədri Zaur Hüseynovun imzaladığı əmrə əsasən, metropoliten gücləndirilmiş iş rejimində çalışacaq.