27 yaşlı oğlanı küçədə it dişlədi


Digərləri 14 İyn 2018 10:35:00 388 0

27 yaşlı oğlanı küçədə it dişlədi

Tovuz rayonunda 27 yaşlı oğlan itin hücumuna məruz qalıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Əyyublu kəndində baş verib.

Kənd sakini, 1991-ci il təvəllüdlü Əkbərov Tural Zabit oğlu kənd ərazisində küçə itlərinin hücumuna məruz qalıb.

Hadisə nəticəsində T.Əkbərov qolundan və bədəninin müxtəlif hissələrindən xəsarət alıb.

Yaralıya xəstəxanada tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.