Xıdırlı - Qaragünə mənzilində 7 km dəmir yolu əsaslı təmir olunur )FOTO)


Digərləri 14 İyn 2018 10:28:00 286 0

Xıdırlı - Qaragünə mənzilində 7 km dəmir yolu əsaslı təmir olunur )FOTO)

“Azərbaycan Dəmir Yolları” QSC-nin əsas istiqamətləri üzrə baş yollarının əsaslı təmiri davam etdirilir.

Bakı. “Azərbaycan Dəmir Yolları” QSC-nin əsas istiqamətləri üzrə baş yollarının əsaslı təmiri davam etdirilir. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, mart ayının 18-dən başlayaraq “Şimal-Cənub” layihəsi çərçivəsində Ələt-Osmanlı-Astara sahəsində ilkin olaraq 40 km baş yolun R-65 tipli materiallarla əsaslı təmiri aparılır. Təmir işlərini “Dəmiryolservis” MMC həyata keçirir.