Azadlıq meydanı, Neftçilər prospektində hərəkət məhdudlaşdırılır


Digərləri 14 İyn 2018 10:14:00 262 0

Azadlıq meydanı, Neftçilər prospektində hərəkət məhdudlaşdırılır

Azadlıq meydanı, Neftçilər prospektində rənglənmə işləri aparılır.

Bakı. Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün axşam saatlarınadək Azadlıq meydanı, Neftçilər prospektində üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq. “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, bu məqsədlə sözügedən yolda avtonəqliyyat vasitələrinin hərəkəti iş aparılan zolaqlar üzrə hissə-hissə məhdudlaşdırılacaq.