Abşeronda hasar kişinin üstünə aşdı


Digərləri 14 İyn 2018 09:20:00 292 0

Abşeronda hasar kişinin üstünə aşdı

Xırdalan şəhərində bədbəxt hadisə nəticəsində bir nəfər ağır xəsarət alıb.

Son.az report-a istinadən xəbər verir ki, hadisə şəhərin mərkəzində baş verib.

1982-ci il təvəllüdlü Əliyev İntiqam Amin oğlu fərdi yaşayış evinin yanından keçərkən evin hasarı onun üstünə aşıb. Nəticədə İ.Əliyev müxtəlif nahiyələrindən xəsarətlər alıb.