Meşələrin qırılmasına qarşı mübarizə tədbirləri müzakirə edilib (FOTO)


Digərləri 14 İyn 2018 09:22:00 215 0

Meşələrin qırılmasına qarşı mübarizə tədbirləri müzakirə edilib (FOTO)

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən Quba rayon İcra Hakimiyyətində görüş keçirilib.

Bakı. Meşələrdə ağacların kəsilməsi hallarının qarşısının birmənalı alınması, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən Quba rayon İcra Hakimiyyətində görüş keçirilib. Nazirlikdən Trend-ə verilən məlumata görə, görüşdə ETSN-nin səlahiyyətli şəxsləri, rayon İcra Hakimiyyətinin rəsmiləri, Fövqəladə Hallar Nazirliyinin Regional İdarəsinin, yerli hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət və bələdiyyə nümayəndələri iştirak edib. Meşələrin mühafizəsi, rayon ərazisindəki meşələrdə qanunsuz qırıntı hallarının qətiyyətlə qarşısının alınması, bu sahəyə cavabdeh şəxslərin və ictimaiyyət nümayəndələrinin məsuliyyətinin daha da artırılması məsələsi görüşün əsas müzakirə mövzusu olub. Nazirlik tərəfindən meşələrə qənim kəsilənlərə qarşı qəti tədbirlərin görüləcəyi bildirilib.