Səbaildə Milli Qurtuluş günü münasibətilə bayram tədbiri keçirilib FOTO


Digərləri 14 İyn 2018 09:07:00 309 0

Səbaildə Milli Qurtuluş günü münasibətilə bayram tədbiri keçirilib  FOTO

Ulu öndər Heydər Əliyevin yenidən Azərbaycanda siyasi hakimiyyətə qayıdışı Azərbaycan xalqı üçün həqiqi qurtuluş olub. Bu tarixi qayıdışın şərəfinə Azərbaycanda 1997-ci ildən etibarən Milli Qurtuluş günü hər il olduğu kimi Bakının Səbail rayonunda geniş şəkildə qeyd olunur.

Səbail rayon İcra Hakimiyyətindən Son.az-a verilən məlumata görə, əlamətdar günlə əlaqədar rayon icra hakimiyyəti və Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri QSC-nin birgə təşkilatçılığı ilə Badamdar qəsəbəsində möhtəşəm bayram konserti təşkil olunub.

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun, rayonun huquq-mühafizə orqanlarının elm, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrin, təsərrüfat, xidmət sahələri kollektivlərinin, veteran və gənclər təşkilatının, din xadimlərinin, rayon ictimaiyyətinin, çoxsaylı KİV nümayəndələrinin, qəsəbə sakinlərinin iştirakı ilə Badamdar qəsəbəsindəki Heydər Əliyev parkında xalq musiqiləri, dünya və Azərbaycan bəstəkarlarının mahnılarından, şən melodiya və rəqslərdən ibarət ədəbi-bədii bayram tədbiri keçirilib.

Tədbirdə qeyd olunub ki, 25 il əvvəl yenicə müstəqilliyini qazanan respublikamız dağılmaq, parçalanmaq təhlükəsi ilə üz-üzə durduğu bir vaxtda ulu öndər Heydər Əliyevin səyləri, bacarığı, təcrübəsi sayəsində Azərbaycan dövlətçiliyi ona qarşı yönəlmiş qəsdlərdən uğurla çıxıb. Ümummilli liderin qətiyyəti xalqa ruh yüksəkliyi gətirib, inamımızı özümüzə qaytarıb, sabitlik və əmin-amanlıq yaradıb və bununla da 15 İyun - tariximizə Milli Qurtuluş Günü kimi daxil olub.


Xəbərə aid fotolar