“Samsung” smartfonu alovlanıb maşını yandırdı


Digərləri 14 İyn 2018 08:46:00 352 0

“Samsung” smartfonu alovlanıb maşını yandırdı

ABŞ-ın Miçiqan ştatının sakini sükan arxasında olduğu zaman smartfonu avtomobildə alovlanıb.

Son.az lent.az-a istinadən xəbər verir ki, nəticədə onun "Nissan Maxima" maşını tamamilə yanıb.

Hadisə zamanı avtomobildə iki smartfon - "Samsung Galaxy S4" və "Galaxy S8" olub.

Qadının sözlərinə görə, onun bəxti gətirib və sağ qalıb. Yanğın qəflətən baş verib, hadisə şahidləri ondan maşını tərk etməyi xahiş ediblər. Zərərçəkən məhkəmədə iddia qaldırmaq niyyətindədir.