Aeroportlarda yuxu kapsulları olacaq


Digərləri 14 İyn 2018 07:41:00 352 0

Aeroportlarda yuxu kapsulları olacaq

Avropa aeroportlarında tezliklə yuxu üçün "Airpods" kapsulları istifadəyə veriləcək.

Son.az ICTnews-a istinadən bildirir ki, xüsusi kapsullar Sloveniya dizaynerləri tərəfindən hazırlanıb. Plana əsasən, "Airpods" modulları xarici görünüşünə görə gələcək avtomobilləri xatırladacaq. Konstruksiya daxilində formasını dəyişən rahat kreslo quraşdırılıb, eləcə də burada səyahətçilər telefonu enerji ilə doldura, "Wi-Fi" şəbəkəsinə qoşula, zəngli saat qura və filmlər seyr edə biləcəklər.

Yuxu üçün modulda qurğunun kənar səsləri tam izolə etməsinə baxmayaraq çöldə baş verənləri müşahidə etmək mümkündür. Kapsul, həmçinin sərnişinə reys elan edilən zaman minmə üçün çıxışa yaxınlaşması barədə avtomatik bildiriş göndərəcək.