iPhonea tələbat azalır


Digərləri 14 İyn 2018 07:33:00 285 0

iPhonea tələbat azalır

"Apple" şirkəti komplekt hissə tədarükçülərinə "iPhone" smartfonlarına tələbatın azalması ilə bağlı xəbərdarlıq edib.

Son.az ICTnews-a istinadən bildirir ki, tədarükçülərə şirkətin qurğuları üçün komponent hissələrinin istehsal həcminin təxminən 20 faiz azaldılması ilə bağlı məlumat verilib. Bu ondan xəbər verir ki, şirkət öz istehsalı olan qurğular ətrafında ajiotajın azalmasını etiraf edir.

Bildirilir ki, bir il əvvəl şirkət tədarükçülərə təxminən 100 milyon smartfonun, o cümlədən "iPhone 8", "iPhone 8 Plus" və "iPhone X" modellərinin istehsalı üçün zəruri olan komplekt hissələri sifariş edib. Bu il isə "Apple" tərəfindən 80 milyon qurğunun istehsalı üçün komponentlər sifariş olunub.