Norveçdə Trampın Nobel mükafatına namizədliyi irəli sürülüb


Dünya 13 İyn 2018 23:30:00 302 0

Norveçdə Trampın Nobel mükafatına namizədliyi irəli sürülüb

Norveçdə ABŞ prezidenti Donald Trampın Nobel sülh mükafatına namizədliyi irəli sürülüb.

Son.az report.az-a istinadən bildirir ki, belə bir təşəbbüslə İnikişaf Partiyasının deputatları çıxış ediblər. Deputatlar Trampın Nobel sülh mükafatına layiq olduğunu bildiriblər.

Təşəbbüsün müəlliflərindən biri Pera-Villi Amundsenin sözlərinə görə, ABŞ və KXDR arasında münasibətlərin nizamlanması, həmçinin Koreya yarımadasının nüvəsizləşdirilməsi tarixi əhəmiyyət kəsb edir.