Ağcabədidə tank əleyhinə minanın partladıcısı aşkarlanıb (FOTO)


Digərləri 13 İyn 2018 20:52:00 260 0

Ağcabədidə tank əleyhinə minanın partladıcısı aşkarlanıb (FOTO)

Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Ağcabədi rayon Polis şöbəsinin əməkdaşları həmin əraziyə göndərilib.

Bakı. Ağcabədidə tank əleyhinə minanın partladıcısı aşkarlanıb. Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, bu gün saat 17:39-da Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və saat 18:08-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Ağcabədi rayonu, Yuxarı Qiyaməddinli kəndi ərazisində 1 ədəd mərminin tapılması barədə məlumatlar daxil olub. Məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Ağcabədi rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.