Kiyevdə dünya şöhrətli müğənni Müslüm Maqomayevin xatirəsi anılıb


Digərləri 13 İyn 2018 18:08:11 258 0

Kiyevdə dünya şöhrətli müğənni Müslüm Maqomayevin xatirəsi anılıb

Kiyevdə dünya şöhrətli müğənni və bəstəkar, SSRİ-nin və Azərbaycanın Xalq Artisti Müslüm Maqomayevin xatirəsi anılıb.

Bakı. Azərbaycanın Ukraynadakı səfirliyinin təşkilatçılığı və təşəbbüsü ilə dünya şöhrətli müğənni və bəstəkar, SSRİ-nin və Azərbaycanın Xalq Artisti Müslüm Maqomayevin xatirəsinə həsr edilən musiqili gecə Kiyevin ən məşhur mədəniyyət ocağında – Ukrayna Milli Akademiyasının Opera Teatrında keçirilib. Səfirlikdən Trend-ə verilən məlumata görə, xarici ölkələrin Ukraynadakı diplomatik korpus rəhbərləri, ictimai xadimlər, mədəniyyət xadimləri və KİV nümayəndələrinin qatıldığı musiqili gecədə çıxış edən Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev bildirib ki, Müslüm Maqomayev parlaq yaradıcılığı ilə Ukraynada milyonlarla tamaşaçı qəlbini fəth edib. Diplomat deyib ki, Müslüm Maqomayevin Azərbaycan xalqı qarşısında xidmətləri əvəzsizdir. Bu pərəstişə layiq şəxsiyyətin qoyub getdiyi çoxsaylı əsərlər bu gün dünya səhnələrində səsləndirilir. Bu cür tədbirlər onu sevənlərə həm də bir hədiyyədir.