Ohanyan istintaqa cəlb edildi


Dünya 13 İyn 2018 17:59:00 287 0

Ohanyan istintaqa cəlb edildi

Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan Dövlət Gəlirlər Komitəsi tərəfindən istintaqa çağırılıb.

Son.az report-a istinadən xəbər verir ki, məlumatı komitənin mətbuat xidməti yayıb.

Bildirilib ki, S.Ohanyan 2014-2017-ci illərdə dövlət sifarişləri və hərbi obyektlərin tikilməsi sahəsində baş verən qanun pozuntularına görə istintaqa cəlb edilib.

Məlumata görə, Ermənistan ordusunun istehsalat-texniki idarəsinin keçmiş bölmə rəisi Qriqori Barseqyan iri məbləğdə dələduzluq, xidməti vəzifədən sui-istifadə, saxta sənəd hazırlamaq və rüşvətxorluqda ittiham olunaraq həbs edilib. Həmin idarənin sabiq rəisi Aşot Qriqoryana qarşı da oxşar ittihamlar irəli sürülüb.