"BakuBus"un yaydığı video ilə bağlı araşdırma başladı: O avtomobillər tapılacaq


Digərləri 13 İyn 2018 17:15:00 259 0

"BakuBus"un yaydığı video ilə bağlı araşdırma başladı: O avtomobillər  tapılacaq

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi "BakuBus" MMC-nin paytaxtda marşrut avtobusları üçün qəza şəraiti yaradan sürücülərlə əlaqədar yaydığı videokadrlarla bağlı araşdırmalara başlayıb.

Bakı. Samir Əli - Bakı şəhər Dövlət Yol Polisi İdarəsi "BakuBus" MMC-nin paytaxtda marşrut avtobusları üçün qəza şəraiti yaradan sürücülərlə əlaqədar yaydığı videokadrlarla bağlı araşdırmalara başlayıb. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.