Azərbaycan ordusunun raket və artilleriya birləşmələri atəş açdı VİDEO FOTO


Digərləri 13 İyn 2018 17:05:00 313 0

Azərbaycan ordusunun raket və artilleriya birləşmələri atəş açdı  VİDEO  FOTO

Qoşunların 2018-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq Raket və Artilleriya birləşmələri 122 mm-lik yaylım atəşli reaktiv sistemləri və 152-mm toplardan döyüş atışlı məşqlər keçirib.

Müdafiə Nazirliyindən Son.az-a verilən məlumata görə, təlim məşqlərində praktiki döyüş atışlarının yüksək dəqiqliyini və intensivliyini təmin etmək məqsədilə müasir avtomatlaşdırılmış idarəetmə sistemlərindən istifadə edilib.

Müəyyən edilmiş şərti düşmən hədəflərini məhv edən şəxsi heyətin hazırlığı, ustalığı və bacarığı komandanlıq tərəfindən yüksək qiymətləndirilib.


Xəbərə aid fotolar