Maliyyə Bazarlarına Nəzarət Palatası beynəlxalq təşkilata üzv qəbul edilib


Digərləri 13 İyn 2018 16:19:18 321 0

Maliyyə Bazarlarına Nəzarət Palatası beynəlxalq təşkilata üzv qəbul edilib

Palata Qiymətli Kağızlar Komissiyalarının Beynəlxalq Təşkilatının (IOSCO) üzvlüyünə qəbul edilib.

Bakı. Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) Qiymətli Kağızlar Komissiyalarının Beynəlxalq Təşkilatının (IOSCO) üzvlüyünə qəbul edilib. Palatadan Trend-ə verilən məlumata görə, 2018-ci ilin 27 aprel tarixində IOSCO Katibliyinə rəsmi qaydada müraciət etmiş Palata IOSCO-nun İdarə heyətinin qərarına əsasən cari ilin iyun ayından təşkilatın Assosiativ üzvlüyünə qəbul edilib. IOSCO qiymətli kağızlar bazarına nəzarət üzrə qlobal standartları müəyyən edən, bu istiqamətdə tənzimlənmə və nəzarət, risklərin müəyyənləşdirilməsi və minimallaşdırılması, habelə maliyyə bazarlarına təsir edə bilən digər məsələlər üzrə xüsusi əməkdaşlıq platformasını təmin edən beynəlxalq təşkilatdır.