Bakıda ana dörd uşağını sığınacağa atdı


Digərləri 13 İyn 2018 16:05:00 258 0

Bakıda ana dörd uşağını sığınacağa atdı

Bakı şəhərinin Binəqədi rayonunda ana baxa bilmədiyini deyərək, dörd uşağını sığınacağa atıb.

Son.az xəbər verir ki, bunu oxu.az-a açıqlamasında "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib.

Onun sözlərinə görə, valideynlər uzun müddətdir ki, uşaqların internata yerləşdirilməsi ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət ediblər:

"Ana erkən nikah qurbanıdır. Altı uşaq dünyaya gətirib. Cütlük boşanıb. Uşağın birini atası himayəsinə götürüb. Səbəb kimi onu çox istədiyini qeyd edib. Digər beş uşaq isə ananın himayəsindədir.

Uşaqları sığınacağa gətirdi və bildirdi ki, artıq onlara baxa bilmir. Sonuncu uşaq altı aylıq olduğu üçün onu götürə bilmədik.