Bu il XI sinifləri 83 min nəfər şagird bitirir


Digərləri 13 İyn 2018 14:53:00 285 0

Bu il XI sinifləri 83 min nəfər şagird bitirir

2017-2018-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərinin IX siniflərini 111 257 nəfər, XI siniflərini 83 001 nəfər, qiyabi (axşam) ümumtəhsil məktəblərini isə 658 nəfər şagird bitirir.

Son.az xəbər verir ki, Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, 2017-2018-ci tədris ilində respublika üzrə 4442 ümumi təhsil məktəbində fəaliyyət göstərən 4767 məktəbəhazırlıq qrupunu 93 960 uşaq başa vurub. Növbəti tədris ilində dövlət hesabına fəaliyyət göstərən məktəbəhazırlıq qruplarına respublika üzrə cəlb olunacaq uşaqların sayının beşyaşlıların 75 faizini təşkil edəcəyi proqnoz edilir.