Qadın çantası 217 min dollara satıldı FOTO


Digərləri 13 İyn 2018 14:44:00 353 0

Qadın çantası 217 min dollara satıldı  FOTO

Londonda keçirilmiş "Christies" hərracında "Hermes" brendinin istehsalı olan "Hermes Himalaya Birkin" qadın çantası 162500 funt-sterlinqə (217 min dollar) satılıb.

Son.az Daily Mail-ə istinadən bildirir ki, 10 il əvvəl hazırlanmış çantanın eni 30 sm-dir. Hazırlanmasında 3 timsah dərisindən istifadə olunmuş çantanın 18 karatlıq ağ qızıldan, 450 brilyant qaşla bəzədilmiş kilidi var.

Bu, yeni Avropa rekordudur. Əvvəlki rekord "Himalaya Birkin"in 206 min dollara satılması idi.

Dünya rekordu isə ötən il vurulub. 2017-ci ildə Honkonqda "Hermes Himalaya Birkin" çantası 380 min dollara satılmışdı.


Xəbərə aid fotolar