Sürücüərin canı qurtardı


Digərləri 13 İyn 2018 14:34:10 233 0

Sürücüərin canı qurtardı

Son.az avtosfer.az-a istinadən xəbər verir ki, bu günə qədər sürücülərin əsas problemlərindən biri, cərimə meydançasından avtomobil buraxılan zaman buraxılış vərəqəsinin tələb edilməsi idi. Yəni sənin avtomobilin cəriməni ödəmədiyinə görə (və ya başqa bir səbəbdən) cərimə meydnaçasına aparılırsa, cəriməni ödədikdən sonra sən vaxt itirib DYP-ə gedib buraxılış vərəqəsini almalı idin. İndi bu yoxdur.

Əvvəllər praktikada belə olurdu. Avtomobil cərimə meydançasına salınırdı, cərimə meydançasında ödəniş etmək mümkün deyildi, sən banka gedirdin, sonra DYP-ə gedib uzun növbədə dayanırdın, min-bir zülümlə buraxılış vərəqəsini alırdın, gəlirdin cərimə meydançasına, oradan səndən hətta bir gün qalmasa belə pul alırdılar və daha sonra avtomobilin buraxılırdı. İndi isə artıq belə deyil.