Təhsil naziri “Son zəng”lə bağlı əmr imzaladı


Digərləri 13 İyn 2018 13:47:00 289 0

Təhsil naziri “Son zəng”lə bağlı əmr imzaladı

Təhsil naziri Ceyhun Bayramov "Son zəng"lə bağlı əmr imzalayıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, əmrə əsasən, "Son zəng" tədbiri iyunun 14-də hər bir təhsil müəssisəsinin ərazisində təşkil olunacaq.

Əmrdə məktəb rəhbərlərinə "Son zəng" tədbirində valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyət nümayəndələrinin, məktəbin sabiq məzunlarının iştirakı tövsiyə edilib.