DÇ-2018: Açılış mərasimində 20-dən çox ölkənin başçıları iştirak edəcək


Digərləri 13 İyn 2018 12:31:14 151 0

DÇ-2018: Açılış mərasimində 20-dən çox ölkənin başçıları iştirak edəcək

Bu barədə Təşkilat Komitəsinin baş direktoru məlumat verib

Rusiyada keçiriləcək dünya çempionatının açılış mərasimində 20-dən çox ölkənin başçıları iştirak edəcək.

"Report"un TASS-a istinadən məlumatına görə, bu barədə dünya çempionatının Təşkilat Komitəsinin baş direktoru Aleksey Sorokin məlumat verib.

O, həmçinin mundialın ilk matçında Rusiyanın Səudiyyə Ərəbistanı yığmasını məğlub edəcəyinə ümid etdiyini vurğulayıb: "Dünya çempionatının açılış oyunu üçün 20-dən çox dövlət başçısının iştirak edəcəyini söyləyə bilərik. Bu, tamamilə normaldır. Mundialın açılış və final oyununa ölkə prezidentlərinin hər zaman böyük marağı var. Yüksək səviyyəli qonaqlarımız olacaq və onlar futboldan zövq alacaqlar. Rusiya millisinin zəfər qazanacağına ümid edirəm".

Mundialın açılışı iyunun 14-də Moskvadakı "Lujniki" stadionunda keçiriləcək. Mərasim Rusiya və Səudiyyə Ərəbistanı yığmaları arasındakı ilk qarşılaşmadan yarım saat əvvəl - Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.

Azərbaycan Prezidenti İlham Əliyev də açılış mərasimində iştirak etmək üçün Moskvaya yollanıb.

Qeyd edək ki, 11 şəhərdəki 12 stadionda keçiriləcək dünya çempionatına iyulun 15-də yekun vurulacaq.