Azərbaycanın ağır atletlərinə beynəlxalq yarışlarda iştirak icazəsi verilib


Digərləri 13 İyn 2018 12:24:00 241 0

Azərbaycanın ağır atletlərinə beynəlxalq yarışlarda iştirak icazəsi verilib

Azərbaycanın ağır atletlərinə beynəlxalq yarışlarda iştirak icazəsi verilib

Bakı. Azərbaycanın ağır atletlərinə beynəlxalq yarışlarda iştirak icazəsi verilib. Azərbaycan Ağır Atletika Federasiyasından (AAAF) Trend-ə verilən məlumata görə, Beynəlxalq Ağır Atletika Federasiyası (IWF) ilkin mərhələdə yeniyetmə ağır atletlərin yarışlara buraxılmasına icazə verib. Bu barədə AAAF-a beynəlxalq qurumdan rəsmi məktub göndərilib. IWF-nin məktubunda qeyd olunur ki, qurumun keçən ilin oktyabr ayında diskvalifikasiya edilmiş 9 üzvü arasında anti-dopinq fəaliyyətini nəzərdən keçirmək üçün yaradılmış Müstəqil Monitorinq Qrupu (IMG) əhəmiyyətli irəliləyişləri qeyd edib: "Cəza müddətində bu 9 üzv sanksiya və dəstək arasında uyğun bir balans təmin etmək üçün yerinə yetirilməsi lazım olan dəqiq meyarlarla tanış edilmişdilər. Azərbaycan Ağır Atletika Federasiyası həmin tələbləri yerinə yetirərək qarşıya qoyulan məqsədlərinə nail olub. Bu səbəbdən də Azərbaycan yığma komandalarına 19 İyun 2018-ci il tarixindən etibarən yeniyetmələr, 19 avqust 2018-ci il tarixindən isə gənclər, böyüklər və texniki rəsmilərlə yarışlarda təmsil olunma icazəsi verilir”. Bu qərara əsasən, Azərbaycanın yeniyetmələrdən ibarət yığma komandası bu ilin 22-29 iyul tarixlərində İtaliyanın Milan şəhərində keçiriləcək 15 və 17 yaşlı yeniyetmə oğlan və qızlar arasında ağır atletika üzrə Avropa birinciliyində iştirak etmək hüququna yiyələnir.