Qəbələdə çay daşdı, 77 nəfəri selin əlindən qurtardılar


Digərləri 13 İyn 2018 10:43:00 293 0

Qəbələdə çay daşdı, 77 nəfəri selin əlindən qurtardılar

Qəbələ rayonunda sel fəsadlar yaradıb.

Bakı. Samir Əli - Qəbələ rayonunda sel fəsadlar yaradıb. Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 11 iyun 2018-ci il tarixində Qəbələ rayonunun, Tikanlı və Bum kəndləri ərazisindən keçən “Bum” çayına gələn sel suları Tikanlı kəndini rayon mərkəzi ilə birləşdirən piyada və avtomobil körpüsünü yararsız hala salıb, nəticədə kənd sakinlərinin rayon mərkəzi ilə əlaqəsi kəsilib.