Qəbələ sakinindən sənədsiz odlu silah götürülüb
Digərləri 13 İyn 2018 10:25:43 247 0
Daxili işlər orqanlarının əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Bakı.
Daxili işlər orqanlarının əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində tədbirlər davam etdirilir.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Vəndam qəsəbə sakini, əvvəllər məhkum olunmuş Əlimran Mirzalıyevdən 1 ədəd, müvafiq sənədləri olmayan təklülə, qanunsuz saxladığı ov tüfəngi aşkar olunaraq götürülüb.
Mənbə: az.trend.az