Azərbaycan müdafiə və təhlükəsizlik xərclərini artırır


Digərləri 13 İyn 2018 10:09:00 290 0

Azərbaycan müdafiə və təhlükəsizlik xərclərini artırır

Azərbaycanda 2018-ci il dövlət büdcəsində müdafiə xərcləri üçün ayrılan vəsaitin məbləği artırılır.

Son.az Trend-ə istinadən xəbər verir ki, 2018-ci ilin dövlət büdcəsində ümumilikdə müdafiə xərcləri üçün vəsait 2.739 milyard manatdan 2.905 milyard manata qədər artırılıb.

Bu məbləğdən müdafiə qüvvələri üçün nəzərdə tutulan vəsait 1.366 milyard manatdan 1.384 milyard manata, milli təhlükəsizlik üçün 111.658 milyon manatdan 130.358 milyon manata qaldırılıb. Müdafiə və təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlar üçün 2.663 milyon manat olaraq qalıb, digər kateqoriyalara aid edilməyən xərclərə sərf ediləcək vəsait isə 1.258 milyard manatdan 1.388 milyard manata qaldırılıb.