Şefçoviç: "Aİ potensial təchizatçıların "Cənub Qaz Dəhlizin" layihəsinə qoşulmaq niyyətini alqışlayır"


Digərləri 13 İyn 2018 07:43:00 262 0

Şefçoviç: "Aİ potensial təchizatçıların "Cənub Qaz Dəhlizin" layihəsinə qoşulmaq niyyətini alqışlayır"

Avropa ittifaqı (Aİ) əlavə potensial təchizatçıların Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan "Cənub qaz dəhlizi" layihəsinə qoşulmaq marağını alqışlayır.

Son.az bildirir ki, bunu Trend-ə Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç deyib.

M.Şefçoviç bildirib: "Biz hesab edirik ki, "Cənub qaz dəhlizinin" mənbəyi "Şahdəniz" yatağı ilə məhdudlaşmır. Ona görə də biz Xəzər, Mərkəzi Asiya, Yaxın Şərq, Şərqi Aralıq dənizi və Qara dəniz regionlarından potensial əlavə təbii qaz təchizatçılarının Avropaya təbii qaz nəqlinin gələcək diversifikasiyası üçün qoşulmaq marağını alqışlayırıq".