Tramp Şimali Koreyaya qarşı sanksiyaları ləğv etmək niyyətindədir


Digərləri 13 İyn 2018 07:34:14 214 0

Tramp Şimali Koreyaya qarşı sanksiyaları ləğv etmək niyyətindədir

ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Ina iki ölkə arasında münasibətlərin gələcəkdə yaxşılaşması fonunda sanksiyaları ləğv etmək niyyətində olduğunu bildirib

Bakı. ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Ina iki ölkə arasında münasibətlərin gələcəkdə yaxşılaşması fonunda sanksiyaları ləğv etmək niyyətində olduğunu bildirib. Trend-in məlumatına görə, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi xəbər verir. Məlumatda deyilir: "Donald Tramp Şimali Koreyanın təxribat kimi qiymətləndirdiyi ABŞ və Cənubi Koreyanın birgə keçirdiyi hərbi təlimləri dayandırmaq, Şimali Koreyaya təhlükəsizlik zəmanəti vermək və iki ölkə arasında münasibətlərin gələcəkdə yaxşılaşması fonunda sanksiyaları ləğv etmək niyyətindəə olduğunu bildirib".