Prezident İlham Əliyev: Daha üç ölkə bizim gələcək tərəfdaşlarımız kimi "Cənub Qaz Dəhlizi" layihəsində iştirak edəcək


Digərləri 13 İyn 2018 00:39:45 228 0

Prezident İlham Əliyev: Daha üç ölkə bizim gələcək tərəfdaşlarımız kimi "Cənub Qaz Dəhlizi" layihəsində iştirak edəcək

Daha üç ölkə bizim gələcək tərəfdaşlarımız kimi "Cənub Qaz Dəhlizi" layihəsində iştirak edəcək

Bakı. Daha üç ölkə bizim gələcək tərəfdaşlarımız kimi "Cənub Qaz Dəhlizi" layihəsində iştirak edəcək. Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Əskişəhər şəhərində keçirilən Transanadolu boru kəməri (TANAP) layihəsinin açılış mərasimində çıxışı zamanı deyib. Dövlətimizin başçısı bildirib: "TANAP layihəsinin icrası həm texniki, həm maliyyə cəhətdən çox mürəkkəb bir işdir. Ancaq bunu biz çox böyük müvəffəqiyyətlə icra etdik. Bu gün TANAP-ın istismara verilməsi qonşu və dost ölkələr üçün gözəl imkanlar yaradır".