Mingəçevirdə iki maşın toqquşub,


Digərləri 12 İyn 2018 23:41:00 227 0

Mingəçevirdə iki maşın toqquşub,

Mingəçevir şəhərində yol qəzası baş verib.

Son.az "Report"a istinadən bildirir ki, şəhərin Heydər Əliyev prospekti ilə Nizami küçəsinin kəsişməsində "VAZ-2107" və "VAZ-21015" markalı avtomobillərin toqquşması nəticəsində ikinci maşının 1989-cu il təvəllüdlü sürücüsü Aşurov Nurlan İnqilab oğlu xəsarət alıb.

Yaralı xəstəxanaya yerləşdirilib. Hadisə nəticəsində yüngül xəsarət alan bir azyaşlı uşağa isə yerindəcə tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.


Xəbərə aid fotolar