Bakıda restoranda yanğın olub


Digərləri 12 İyn 2018 23:04:00 217 0

Bakıda restoranda yanğın olub

Bakıda restoranda yanğın olub.

Son.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən bildirir ki, Bakının  Xəzər rayonunda ümumi sahəsi 600 m² olan birmərtəbəli restoranın dam örtüyünün yanar konstruksiyaları 30 m² sahədə yanıb. Yanğın zamanı 10 nəfər yanğınsöndürənlər tərəfindən təxliyə edilib. Restoranın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.