Paltarları evdə qurutmayın


Digərləri 12 İyn 2018 23:05:00 277 0

Paltarları evdə qurutmayın

Yağışlı havalarda bir çoxumuz paltarları yuduqdan sonra içəridə quruduruq. Amma mütəxəssislər bunun sağlığımıza olduqca zərərli olduğunu söyləyirlər.

Son.az medicina.az-a istinadən bildirir ki, türkiyəli ürək və daxili xəstəliklər üzrə mütəxəssis Olcay Emel mövzu ilə bağlı açıqlama verib:

"Hər kəs tərəfindən istifadə olunan yuyucu vasitələr suda həll olaraq çirkli paltarlarımızı təmizləyir. Təbii ki, bu kimyəvi qalıqlar durulanmaya baxmayaraq, müəyyən miqdarda paltarlarda qalır. Quruma prosesi zamanı su ilə birlikdə buxarlanaraq, olduğu atmosferə yayılır. Buna görə paltarlarımızı qapalı şərait yox, açıq havada qurutmaq ən doğru seçimdir".