Qiyamət olmadan qabaq İslam dünyaya hakim olacaqmı?


Digərləri 12 İyn 2018 22:55:00 230 0

Qiyamət olmadan qabaq İslam dünyaya hakim olacaqmı?

Ayələrə baxanda belə görünür. Dünyaya hakim olmaq, hər kəsin müsəlman olacağı mənasına gəlməz. İslamın üstünlüyü hər tərəfdə üzə çıxacaq, mənasındadır. Fəth surəsinin 28-ci ayəsində, "(İslamı) Bütün dinlərdən üstün etsin deyə Öz Elçisini bu rəhbərlə (Quranla) və həqiqi dinlə göndərən Odur. Şahid kimi Allah kifayətdir."

Son.az muselmanlar.com-a istinadən bildirir ki, İslamı bütün dinlərdən üstün etmək, onları yox etmək deyil, onlara hakim olmaq deməkdir. Nəticə etibarilə, biz qiyamətin nə zaman qopacağını bilmirik. Bizə düşən vəzifə, Allahın dinini əlimizdən gəldiyi qədər hər kəsə doğru formada çatdırmaqdır. Əgər müsəlmanlar belə edərlərsə, o zaman dünyaya hakim olacaqlar.