Böyrəklərdə kistlər qorxuludurmu? –


Digərləri 12 İyn 2018 22:35:00 235 0

Böyrəklərdə kistlər qorxuludurmu? –

Azərbaycanda böyrəklərində kistlər olan xəstələrin sayı artmaqdadır. Çoxları adi kistadır deyib, buna önəm vermir və bu kistanın ona hansı problemlər yaradacağını bilmir.

Böyrəkdəki kist təhlükəli olub, ciddi mütəxəssis həkimlər tərəfindən diaqnoz təyin  edilməli və müalicə olunmalıdır. 

Son.az medicina.az-a istinadən bildirir ki, bu haqda danışan uroloq Seymur Mehtiyev kistlərin müxtəlif olduğunu da bildirdi:

" Böyrəkdəki kistlər böyrək içində olan mayelərin kiçik formada bir və ya bir neçə dənə kisəciklər şəklində olmasıdır. Bu kistlər öz aralarında da iki hissəyə ayrılır.

Sadə Kist:  Böyrəyin üstündə, ya da alt qisimində meydana gəlir. Sonradan meydana gəlməkdədir və 5-10 sm orta böyüklüyə sahib olan kistlərdir. Verdiyi narahatlıq və vəziyyət isə böyrəyin süzücü vəzifəsinin tıxanması ilə sidiyin bu qisimdə yığılmasıyla meydana gələn narahatlıqdır. Kistin meydana gəlmə səbəbi bu hadisədən qaynaqlanır. İnsanda qarın bölgəsində, ya da yan qisimlərdə ağrılar verə bilir.