“Heç bir tibbi təhsili olmadan stomatoloq işləyənlər var”


Digərləri 12 İyn 2018 22:05:00 386 0

“Heç bir tibbi təhsili olmadan stomatoloq işləyənlər var”

Son illərdə bəzi həkimlər pasiyentlərə keramika diş qapaqları adı altında keyfiyyətsiz və baha başa gələn diş qapaqları qoyurlar. Pasiyentlərin keramik diş qapaqları barədə məlumatsız olmaları isə belə dələduzluğa şərait yaradır.

Bəs keramik diş qapaqları nədir?

Son.az medicina.az-a istinadən bildirir ki, keramik diş qapaqlarının qiyməti və bir çox məsələlər barədə stomotoloq Həmid Ağayev danışıb:

-Həmid doktor, son illərdə insanların daha çox üstünlük verdiyi keramika adlandırılan qapaqlar nədir?

-Elmi tərəqqi ilə birlikdə təbabət? həmçinin, stomatologiya da inkişaf edir. Artıq insanlar funksionallıqdan əlavə, dişlərin görünüşünün də gözəl olmasını istəyir. Əvvəllər yalnız metal konstruksiyalar (qapaqlar, körpüyəbənzər protezlər) mövcüd idisə, artıq yalnız kermikadan hazırlanmış zirkonium və kombinə olunmuş (birləşdirilmiş) metal-keramik dişlər var. Bu da öz novbəsində imkan verir ki xəstə itirilmiş və yaxud hər hansı səbəbdən bərpaya ehtiyacı olan dişini həm estetik, həm də funksional bərpa etdirə bilsin.

-Bəziləri keramikaların orqanizm üçün zərərli olduğunu düşünür. Həqiqət payı varmı?

-Keramik, yəni zirkon dişlərin orqanizm üçün fəsadı yoxdur.Bəzən xəstənin dişi keramika üçün hazırlanarkən dişlərin sərhədləri düzgün yonulmur və konstruksiya yerinə qoyulanda diş ətləri sıxılır, nəticədə diş ətlərində qan durğunluğu və şişkinlik yaranır. Orqanizm üçün o zaman zərər doğura bilər.  Bunun səbəbi isə həkimin qeyri -peşəkarlığı ola bilər.

-Üstünlüyü nədir?

-Hər bir konstruksiyanın müsbət və mənfi tərəfləri var. Keramik dişlərin digər növ dişlərdən əsas üstünlüyü onun estetikliyidir. Keramik qapaqlar üzərinə ərp və qida qalıqları yığmır. İşıq şüalarını özündən keçirə bildiyi üçün daha təbii görünür, mənfi cəhəti isə metal-keramik dişlər qədər möhkəm və etibarlı olmamasıdır.

-Ən çox hansı keramikalar tətbiq edilir? Fərqləri nədir?

-Hansı növ keramikanın tətbiq olunmasından asılı olmayaraq kliniki prosedur hamısı üçün eyni aparılır. Fərqlər yalnız istehsal olunan ölkələrə, laborator hazırlanma qaydasına görə ola bilər.