Müasir dövrdə şəriəti tətbiq etmək mümkündürmü?


Digərləri 12 İyn 2018 21:55:00 239 0

Müasir dövrdə şəriəti tətbiq etmək mümkündürmü?

Şəriəti tətbiq etmək, dövlət qurmaq deməkmi? Mən dövlət qurmaqlamı əmr olundum? Mən ilk əvvəl bu şəriəti öz nəfsimdə tətbiq etməliyəm. Bundan sonra ailəmə təbliğ edərəm. Gücüm yetdiyi ölçüdə onların da tətbiq etmələrinə çalışaram. İnsanların qəbul etmədikləri, istəmədikləri şeylərə Allah özü belə məcbur eləmir.

Son.az muselmanlar.com-a istinadən bildirir ki, xalq istədiyi dövləti qurmaq səlahiyyətinə sahibdir. Əgər şəriəti istəyərlərsə, o zaman şəriət qanunları da tətbiq edilər. Biz, gücümüz çatan qədərindən məsuliyyət daşıyırıq. İnsanlar istəməsə də xalq qəbul etməsə də dövlər tətbiq etməsə də biz, dünyada tək də qalsaq öz nəfsimizdə tətbiq etməyi bacarmalıyıq. Çünki, axirətdə hərkəs öz etdiklərinə cavabdehlik edəcəkdir.

Şəriət, insandakı fitri qanunların insan həyatına tətbiq olunmasıdır. Bundan daha hüzurlu həyat düşünülə bilməz.